Ofis Ziyarəti “ESTET” MMC – 02.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarət”imiz “ESTET” MMC-də baş tutdu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Elşən bəy fəaliyyətləri haqqında ümumi məlumat verdi. Belə ki, Elşən bəy, məqsədlərinin, Azərbaycanda qazanmış olduqları təcrübənin köməyilə fəaliyyət sahələrindəki yüksək mövqeylərini qorumaq, ən son texnologiyaları bazara təqdim və təmin etmək olduğunu vurğuladı. Daha sonra şirkətin kommersiya direktoru Anar bəy, fəaliyyətləri haqqından geniş məlumat bölüşdü. Ümumilikdə, ESTET şirkətinin əsas fəaliyyət sahələri elektrik, yanğın siqnalizasiya və sulu söndürmə sistemləri, havalandırma sistemləri, təhlükəsizlik, xəbəretmə və kamera sistemləri, mərkəzi səs və TV sistemləri, İT, telekom və rack kabinlər, İT server otaqları üçün rack kabinlər, İT server otaqları üçün yüksəldilmiş döşəmə, fiberoptik və digər struktur kabelləşdirmə və sonlanma sistemlərinin layihələndirilməsi, xəstəxana və tibb bacısı çağırış sistemləri, laboratoriya avadanlıqları, Generator, UPS işləridir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Euroline
EF-Décor Construction Group
Garanti Group
Rasmar
Grow Audit
Kapital Bank
Pro con izo
Euroglass art
Azprint
Azdizayn group