“Deirvlon Technologies” MMC-nin Monyo.az layihəsi 12 Avqust 2021-ci il tarixindən etibarən fəaliyyət göstərir. Sonradan Monyo Məhdud Məsuliyyətli Cəmiyyət-ə çevrilərək MMC adını qazanmışdır. Monyo MMC-nin İcraçı Direktoru Ağayev Rahid Müşfiq oğludur.

Monyo.az kafe,restoran və d. məkanlarda istifadə edilən QR menyu, R-keeper kimi ağıllı restoran

sistemləri təklif edir.

QR kodu oxutmaqla heç bir təmas olmadan sürətli şəkildə menyu müştərinin seçiminə verilir. Admin panel vasitəsilə istənilən zaman menyuda dəyişikliklər edilə bilər.

QR menyunun üstünlükləri nələrdir ?

*Link vasitəsilə menyunuza giriş (sosial şəbəkələr,veb saytınız və ya Google xəritələr üçün);

*Qeyri-məhdud sayda kateqoriyalar və məhsulların əlavə olunması;

*Menyuya limitsiz baxış sayı;

*Menyuya baxış sayının statistikası;

*Ən çox baxılan məhsul və kateqoriyaların statistikası;

*Məhsullarda yeni qiymətlərin rahatlıqla dəyişməsi;

*Məhsullara limitsiz fotoşəkillərin əlavə olunması;

*QR Kod ilə menyunuza giriş (masalarınızda,vitrində,qapı girişlərində və s. Yerləşdirərək)

*İstədiyiniz zaman menyunuzu rahatlıqla redaktə etmək;

*Restoranın filiallarının əlavə olunması;

*Çoxdilli Menyu;

*Əlavə restoran məlumat funksiyası (Ünvan, Telefon nömrəsi, Xəritə, wifi parolu);

*Menyunuzu idarə etmək üçün işçilərin əlavə etmək imkanı;

Bəs R-keeper sistemi MonyoPos müştərilərinə hansı üstünlükləri təklif edir ?

MonyoPos müəssisənizin avtomatlaşdırılmasını təmin etmək üçün hazırlanmışdır. Sifariş və əlavə

sifariş sisteminin sürətləndirilməsini, ofisiantların daha effektli işləmələrini, müştərilərə daha sürətli xidmət göstərilməsini təmin edən bir sistemdir.

Monyo-nun tətbiqi olan Monyo-bir menyudan daha artıq 28 sentyabr 2022-ci ildə istifadəyə verilmişdir.

Monyo Azərbaycanın Restoran Portalı tətbiqi vasitəsilə restoranlar, kafelər, pub, karaoke, lounge, çay evləri, ailəvi restoran, fastfood və daha çoxu haqqında müxtəlif məlumatlar ala bilərsiniz.

Misal:

  • Menyusuna baxa bilər

-Tədbirlərinə baxa bilər

  • Endirimlərə baxa bilər
  • Tövsiyə olunan məhsullarına baxa bilər
  • Restoranı və xidməti qiymətləndirə bilər
  • Masaları rezerv edə bilərsiniz;

Monyo tətbiqi KOBİA- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təsdiqlənmiş və 14 oktyabr 2022-ci ildə KOBİA tərəfindən tətbiqə “Startup Şəhadətnaməsi” verilmişdir.

Monyo çox qısa zamanda böyük uğurlar əldə etmişdir. Özsüt,Mado,Cafecity,Dinehall,Prive Steak House,Etiler,Qoç ət, Resant Group və b. kimi böyük restoran və restoran şəbəkələri ilə partnyordur.

Ünvan: Suraxanı ray, Hövsan qəs, Oqtay Şabanov küç, Ev64F

Telefon: +994 55 639 49 54

Mobil:  +994 55 639 49 54

Web:  www.monyo.az

E-mail:  [email protected]

Facebook,İnstagram:  monyo.az

https://www.instagram.com/monyo.az/

https://www.facebook.com/profile.php?id=100071532889890