“Mesa Group” bütün “MDB” ölkələri üzrə tibbi və estetik avadanlıqların satışı, servisi, təlimi və seminarların təşkilatı ilə məşğul olan ən böyük və aparıcı şirkətlərdən biridir. “Mesa Group” bu sahədə həmçinin təchizatçı, quraşdırma təminatçısı və məsləhətçidir.

Belə ki, hazırda “Mesa Group” üç istiqamətdə fəaliyyət göstərir:

•           Klinika, hospital, spa və mərkəzlərin avadanlıq təchizatı;

•           Professional təlimlər, treninqlər, konqresslər və seminarların təşkili;

•           İstənilən növ tibbi və estetik avadanlıqların servis xidməti.

Onların hər biri üzərində qısaca dayanaq:

Təchizat

“Mesa Group” şirkəti “Plexr”, “Mantis”, “CooLifting”, “Elemenic”, “FireSun”, “MegaSun”, “Laserconn”, “Toplaser”, “Callegari”, “Eunsung”, “Hironic”, “Callegari”, “Kalamed”, “SonoScape”, “Inbody”, “Bastak”, “GBO medizintechnik”, “GigaaLaser” və digər bu kimi estetik və tibbi cihazların istehsalıyla məşğul olan dünya nəhənglərinin Azərbaycandakı rəsmi distribütoru və təmsilçisidir.

Artıq yeddinci ildir ki, şirkət olaraq böyük korporativ müştərilər, mərkəzlər və klinikaları servis xidmətləri və cihaz təchizatıyla ən yüksək səviyyədə bütün MDB üzrə təmin edirik. Məhsullarımız – Ən yeni və ön texnologiyalar üzərində hazırlanmış, professional mütəxəssislər üçün olduğu kimi yeni başlayan dermatologlar üçün də nəzərdə tutulmuş, istifadəyə rahat cihazlardır. Ən yüksək keyfiyyət və təhlükəsizliyinə görə ən çətin güvəni qazanılan mütəxəssislərin belə tərəfindən təqdirəlayiq görülən, Avropa istehsalı olan cihazlarımız dünyanın 60-dan çox ölkəsində geniş şəkildə istifadə olunur.

Seminar, təlim və sərgilər

Şirkətimiz mütəmadi olaraq dünyanın bir çox məşhur mütəxəssislərinin iştirakı ilə seminarlar, təlimlər, simpoziumlar və treninqlər təşkil etməkdədir. Dünyanın ən böyük sərgilərində hər il öz brendlərimizlə iştirak edir və tanıtımını həyata keçiririk.Hər il keçiriləcək olan, ilk “International Scientific Anti-ageing & Aesthetics congress” (ISAAC) tədbirinin Azərbaycanda təşkilini beynəlxalq spikerlərin iştirakı, “Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu”, “Azərbaycan Dermatovenerologiya e-akademiyası” və “Azərbaycan Dermatoveneroloqlar assosiasiyasının” təsdiq və dəstəyi ilə yüksək səviyyədə həyata keçirmişik.

Servis xidməti

350 kv/m sahəli, tamamilə servisdən ibarət və ölkəmizin ən güclü mühəndislərinin fəaliyyət göstərdiyi servis departamentimiz artıq illərdir ki, istər öz, istərsə də digər müştərilərin avadanlıqlarının təmiri və ümumi olaraq servis xidmətini operativ şəkildə göstərməkdədir. Həmçinin servis departamentimizin regional şöbələri bütün uzaq ərazilərdə fəaliyyət göstərən klinika,mərkəz və hospitallarının xidmətində daima durmaqdadır. Servis departamentimiz bütün növ ehtiyyat hissələr, sərfiyyat cisimləri və müxtəlif növ avadanlıqlarla təchiz olunmuşdur. İstər savad və professionallıq cəhətdən, istərsə də bütün problemlərin 24 saat ərzində operativ formada həll edən servis departamentimiz bütün dəyərli korporativ müştərilərimizin bü günə qədər bizi seçməsi və seçməkdə olmasına səbəb olan əsas amillərdən biridir.

Ünvan: Baş filial: Bakı şəhəri, Tbilisi Prospekti 49B, Çıraq Plazanın arxası

               Gəncə ofisi: Heydər Əliyev Prospekti 20, Dəmiryol Vağzalının yanı

Telefon:  +994 12 480 09 45

Mobil: +994 77 421 09 90 / +994 77 250 09 90

web: www.mesagroup.az

e-mail:  [email protected]

Facebook :www.facebook.com/mesagroupmmc

İnstagram :https://www.instagram.com/mesa.group/

https://www.instagram.com/mesa.group.gence/

Web: mesagroup.az

Rəy bildirin