27 Yanvar 2022 – ci ildə “Fairmont” oteldə “Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi” keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər.
Biznes netvorkinq sahəsində fəaliyyət göstərən “Marsol” MMC dövlət qurumları ilə də sıx əmədaşlıq edir. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən “MARSOL” MMC “Ən aktiv özəl sosial tərəfdaş” ünvanına layiq görülüb və mükafatlandırılıb.
Göstərilən diqqətə görə Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və onun tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə təşəkkürümüzü bildiririk.