Business Breakfast “MARSOL Business Club” – 28.01.2022

28 yanvar tarixində ölkənin öndə gələn şirkətlərinin ortaq tərəfdaşlıq partnyoru MARSOL-un ənənəvi tədbirlərindən olan “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. “Qanun Mühasibatlıq” şirkətinin təqdimatı ilə görüş “MARSOL Business Club”da baş tutdu.
Tədbirdə “Qanun Mühasibatlıq” şirkətinin rəhbəri Xanoğlan bəy mühasibatlıq mövzusunda olan suallara aydınlıq gətirdi. Şirkətin təqdimat videosu izlənildi.
Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı.
Görüş şirkət nümayəndələrinin mühasibatlıq və audit mövzusunda maraqlı müzakirələri ilə yekunlaşdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
Qanun Mühasibatlıq
Azprint MMC
FFF+N MMC
FleetStock MMC
Zarif_emin
Ruzi MMC
Qayo Elektrik
SİF
Feram Group
Archi Glass
Emlak.az