Maqro Construction

Gürcüstanda 9 il (2013-cü ildən bəri) fəaliyyət göstərən Maqro Qrup tikinti, istehsal, pərakəndəçilik və otel sektorlarında fəaliyyət göstərən beş ən böyük xarici investordan biridir. “Maqro Qrup” şirkəti yüksək motivasiyalı komandası ilə tərəfdaşlarına yüksək keyfiyyətli həyat standartlarını təmin etmək kimi şərəfli bir missiya daşıyır. İnşaat sektoru insanlar üçün yüksək keyfiyyətli və rahat həyat tərzinin yaradılmasında mühüm rol oynayan yaradıcı bir sektordur. Buna görə də qrupumuz aparıcı qüvvə (lokomotiv) olaraq əsasən “Maqro Construction” şirkətinə fokuslanır. Biz iddialı mühəndis komandamızla birgə qlobal bazarda fəaliyyət göstəririk. Biz həmçinin coğrafi ərazimizi də genişləndirməyə davam edirik. Müştəri məmnuniyyətini təmin etmək əsas hədəfimizdir. Biz insanlara və ətraf mühitə ekoloji cəhətdən təmiz, rahat və sağlam şərait təklif etməklə bu hədəfi reallaşdırmış oluruq. Şirkətimizin vizyonu insanların həyatını daha rahat, dəyərli, əyləncəli və praktik cəhətdən uyğun edəcək həllərdən ibarətdir. Təcrübəli və qətiyyətli komandamız hər zaman öz üzərinə məsuliyyət götürməklə Şirkətin etibarını hər şeydən üstün tutur. Uğurumuz və tərəfdaşlarımızın məmnuniyyəti bizim motivasiya mənbəyimizdir. Şüarımız “İnsanlar üçün insanlar haqqında düşünmək”, inancımız isə “Xərcləri aşmamaq və vaxtı keçməmək”dir…

Ünvan: Akkord Plaza, Ağa Neymətulla küçəsi 224, Bakı, Azərbaycan

Telefon: +994 12 526 36 97

web: www.maqro.az

e-mail: [email protected]

Facebook: Maqro Construction

İnstagram: maqroaz