İşgüzar Səhər Yeməyi “MADO” – 09.04.2025

Aprelin 9-u “MADO” restoranında Marsol Group partnyorları ilə “İşgüzar Səhər Yeməyi” baş tutub.
Görüşdə 30-a yaxın sahibkar məqsədəuyğun olaraq B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətlərini tanıtmaq imkanı əldə edib. 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimat olub.
Bununla yanaşı, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin, görüş çərçivəsində “CanAz Group”un təsisçisi Kamran Yaradanquliyevin təqdimatı baş tutub. O, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Marsol Group və “CanAz Group”un təşkilatçılığı ilə Yurd 90.7 FM – də yayımlanan “İşinin Adamı” verilişi haqqında iştirakçıları məlumatlandırıb.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.