9 aprel tarixində Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş keçirilib. Görüş çərçivəsində sahibkarlar arasında tanışlıq mərhələsi baş tutub, mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, yeni iş imkanlarının araşdırılması və birgə layihələrin həyata keçirilməsi barədə geniş müzakirələr aparılıb.
Şirkətlərin fəaliyyət sahələri, əldə edilmiş uğurlar və qarşıda duran strateji məqsədlər barədə məlumatların paylaşıldığı görüş şəbəkələşməni təşviq etmək və yeni işgüzar fəaliyyətləri qiymətləndirmək üçün məhsuldar mühit yaradıb.
