Mayın 1-i Marsol Group partnyorları ilə birlikdə “Shane English School”u ziyarət etdik.
Sadəcə “Ofis Ziyarəti” yox həm də “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəldiyimiz görüşdə şirkətlərin inkişafının mühüm hissəsi olan B2B əlaqələri genişləndirmək, eləcə də “Shane English School”un fəaliyyətləri haqqında məlumat almaq imkanı əldə etdik. Partnyorlarımızın təqdimatı ilə B2B müzakirələr də aktiv şəkildə davam etdi.
Davamında “Shane English School”un təsisçisi və direktoru Jalə Bəhramova təqdimat edərək dünya standartlarına cavab verən təlim-təhsil sistemi haqqında sahibkarları maarifləndirdi.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.