“İdxal, ixrac və istehsalat” mövzusunda görüş keçirilib.

Avqustun 25-də Bakı şəhərində, “Arion” hotelində iş adamları ilə “İdxal, ixrac və istehsalat” mövzusunda görüş keçirilib.

Tədbiri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafına Dəstək Fondu, Azpromo və Marsol MMC birgə təşkil edib. Görüşdə müvafiq qurumların nümayəndələri və Marsol MMC-nin təsisçisi Tural Mustafayev iştirak edib. Tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

This will close in 0 seconds