1. iTech Korporativ – İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar və sertifikatlı mütəxəssislərdən ibarət Azərbaycanın inkişaf etmiş şirkətidir. Şirkətimiz 2000-ci ildən etibarən ölkədə telekommunikasiya, neft-qaz, hökumət və hüquq mühafizə orqanları, bank, maliyyə, nəqliyyat sektorunda müxtəlif miqyaslı bir çox uğurlu və innovativ layihələr həyata keçirmişdir.
iTech Group tərəfindən təklif edilən İT xidmətlər, məhsullar və həllər geniş sahəni (Sistem inteqrasiyası; Elektron hökumət; Bank və maliyyə institutları; İP-Telefoniya və Çağrı Mərkəzi; Təhlükəsizlik və mühafizə; Kibertəhlükəsizlik; Video konfrans; İnteraktiv səsli xəbərdarlıq; Konfrans zalları, toplantı otaqları və geniş tədbirlər; Kəsintisiz enerji təchizatı, Məlumat Mərkəzlərinin (Data Center) qurulması; İT infrastrukturu, Şəbəkə; Texniki dəstək və s.) əhatə edir.
2. iTech Distribusiya – tərəfindən təklif edilən məhsullar: Kompüter və aksesuarlar; Video müşahidə kameraları; Simsiz təhlükəsizlik sistemləri; İP domofon sistemləri; POS avadanlıqlar; Girişə nəzarət sistemləri; İP telefonlar və qarniturlar.
3. iTech Peşəkar tikinti – “İTECH PTS” MMC 2014-ci ildə iTECH Group tərkibində fəaliyyətə başlamışdı. İllər ərzində bir çox mürəkkəb və irihəcmli Layihələrdə subpodrat işləri yerinə yetirməklə spesifik sahələrdə peşəkarlaşmışdır. İnformasiya texnologiyaları ilə inteqrasiya olmuş tikinti layihələrində dizayn və həll yolları, layihə idarəetmə xidmətləri, mühəndislik işləri yerinə yetirmişdir.
Ünvan: Bakı şəh., Azadlıq pros., 192E
Telefon: +994 12 310 14 14
Mobil: +994 51 206 09 60
Web: www.itech.az
E-mail: [email protected]
Facebook: itechaz
İnstagram: @itech.az