«Formag-Baku» MMC — 2004-cü ildən bu günə qədər Azərbaycanın beynəlxalq logistika bazarında etibarlı tərəfdaş!

Artıq 21 ildən çoxdur ki, «Formag-Baku» MMC olaraq Azərbaycanda və dünya üzrə müştərilərimizə yüksək keyfiyyətli, effektiv və innovativ logistika həlləri təqdim edirik. Ukrayna, Polşa, Moldova, Rumıniya, Bolqarıstan, Gürcüstan, Qazaxstan, Özbəkistan, Vyetnam və digər ölkələrdə fəaliyyət göstərən filiallarımız sayəsində qlobal daşımaları daha operativ, çevik və koordinasiya olunmuş şəkildə idarə edirik. Bu geniş şəbəkə bizə böyük coğrafiyada müştərilərimizə üstün xidmət təqdim etməyə imkan yaradır.

Bu illər ərzində yerli və beynəlxalq səviyyədə onlarla böyükmiqyaslı layihəni uğurla həyata keçirərək Azərbaycanın logistika sektorunda güclü etibar, geniş ekspertiza və lider mövqeyimizi möhkəmləndirmişik.

Bu gün «Formag-Baku» MMC komandası ABŞ, Avropa İttifaqı ölkələri, eləcə də Yaxın və Uzaq Şərq — Çin, BƏƏ, Hindistan, Cənubi Koreya, Malayziya, Vyetnam, Yaponiya və digər ölkələr üzrə həm idxal, həm də ixrac daşımalarını yüksək peşəkarlıqla təşkil edir. 200-dən çox yerli və beynəlxalq korporativ şirkət bizimlə əməkdaşlıq edir və onların böyük əksəriyyəti öz sahələrinin lider brendləridir.

Maye yüklərin daşınmasında regional lider
Formag-Baku MMC olaraq Orta Asiya və Qafqaz regionunda “Bulkhaul” şirkətinin rəsmi tərəfdaşıdır. Bulkhaul yalnız özünün İSO tank konteynerlərindən istifadə edərək maye yüklərin daşınması üzrə ixtisaslaşmış tanınmış qlobal şirkətdir. Tank konteynerlər ilə xüsusən kimyəvi maddələr və qida məhsulları ilə təhlükəsiz işləmək bizim xidmət portfelimizi mükəmməl şəkildə tamamlayır və bazardakı mövqeyimizi əhəmiyyətli dərəcədə artırır. Şirkətimiz maye xammal və kimyəvi maddələrin təhlükəsiz daşınması üzrə ixtisaslaşmışdır. ISO tank konteynerləri vasitəsilə Qafqaz, Avropa və Orta Asiya istiqamətlərində beynəlxalq standartlara uyğun, sertifikatlaşdırılmış və təhlükəsiz logistik həllər təqdim edirik.

Niyə Formag-Baku?

Yüksək xidmət keyfiyyəti

Operativlik və dəqiq koordinasiya

Müştəriyə fərdi yanaşma

İstənilən həcmdə və çətinlikdə yüklər üçün innovativ həllər

Təhlükəsiz, etibarlı və optimallaşdırılmış logistika zənciri

Biz yalnız yük daşımırıq — Sizin biznesinizi yeni bazarlara, daha geniş imkanlara daşıyırıq.

Xidmətlərimiz:
Konteyner daşımaları: Open Top, Flat Rack, Reefer və standart konteynerlər

Avtomobil daşımaları: tent, low-bed, tral və refrijerator tipli nəqliyyat vasitələri

Hava nəqliyyatı

Parsel (qruppaj) daşımaları — LTL və LCL

Maye yüklərin daşınması: ISO tank konteynerləri və flexitanklar

Layihə yükləri və iri həcmli xüsusi daşımalar

Şirkətimiz haqqında təqdimat videosunu izləyə bilərsiniz: https://youtu.be/yo0jmg7_ATk

Rəy bildirin