“Effektiv satış alətləri” mövzusunda təlimi baş tutub.

10 Mart tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “Sat Group” MMC-nin təsisçisi Azad Qəhramanovun “Effektiv satış alətləri” mövzusunda təlimi baş tutub. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar olub və öz şirkətləri haqqında məlumat veriblər. Təlim zamanı Azad bəy effektiv satış alətləri haqqında partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Saat Store
Köynəkçi.az
Ruzi
Global İnnovation
Piramida Group
Zamex
Kart Pak
BF Group
Uni Lift

This will close in 0 seconds