Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 04.11.2021

“MARSOL” tərəfdaşları arasında növbəti “Dəyirmi Masa və B2B” görüş baş tutub. Görüşdə iştirak edən partnyorlarımız ənənəvi qaydada tanış olub. Bununla yanaşı partnyorumuz “Express Print” (Flyer.az) şirkətinin təqdimatı gərçəkləşdi. Belə ki, şirkətin həmtəsisçisi Şahin bəy fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verdi.
Onu da qeyd edək ki, “Express Print” mətbəə sahəsində ixtisaslaşmış şirkətdir. “Express Print” müştərilərinə yüksək keyfiyyətdə çap, promo və dizayn xidmətləri təklif edir. Şahin bəy sonda MARSOL partnyorlarına xüsusi endirimləri olduğunu da vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Flyer.az
Azpark
Enerji-N
Caspian Textile
AEM Elektron
Ruzi VM