Business Breakfast “Chai Khor” – 3.11.2021

Marsol ailəsi “Chai Khor” restoranında “Business Breakfast” gərçəkləşdirdi. Şirkətlər arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Bununla yanaşı partnyorumuz “Moon Group” şirkətinin rəhbəri Ruslan bəyin təqdimatı gərçəkləşdi. Belə ki, Ruslan bəy bir çox tədbirlərin, konfransların, sərgilərin, açılışların təşkil olunması, lazımı poliqrafiya, promo və reklam məhsulları ilə yüksək səviyyədə təmin olunmasında “Moon Group” şirkətinin xüsusi əməyi olduğunu qeyd etdi. Buna nümunə olaraq görüş zamanı Partnyorlarımıza “Moon Group”un məhsul kataloqu təqdim olundu.
Bizim, Marsol şirkəti olaraq əsas məqsədimiz şirkətlərin netvorkinq əlaqələrinin genişləndirilməsidir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Smart Hotel Managment
Chai-Khor
Global İnnovations
EDU Distance
Destec Group
Paralel Oil
AS Group
One Smart Star
Dalğa Balıq
Dinçər & Carçıoğlu
Prestij Kimya
Moon Group
Sağlam Diş
AKK Promation
Onur Plast
Labor MMC
DXN Azərbaycan
Avtotemir.az
Zəhra Klinik
Fotostudio