Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz həftənin mövzusu olan “Böhranı necə fürsətə çevirmək olar?” mövzusu ilə baş tutdu. Bu sual ətrafında tərəfdaşlar müzakirələr aparıb, öz təcrübələrini bölüşdülər. Bununla yanaşı Azərbaycanda idxal və ixracla bağlı mövuzda da geniş müzakirələr aparıldı. Daha sonra tanışlıqlarla görüşümüz davam etdi. Şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında məlumat verdi.
Partnyorumuz olan “Foto Xalça” şirkətinin rəhbəri Orxan bəy Marsol şirkətinin rəhbəri Tural bəyə foto xalça hədiyyə etdi. Hədiyyə edilən xalça partnyorlarımızın da diqqətini çəkdi. Orxan bəy xalçanı təqdim edərək hazırlanma prossesi haqqında bizləri maarifləndirdi.
Tədbirin xüsusi qonağı Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy oldu. O da öz növbəsində qazilərin məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq Marafonu” haqqında sahibkarlara ətraflı məlumat verdi.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Marsol
Dövlət Məşğulluq Agentliyi
Ulduz Paintball
Corn Advertising
Net Finance
Foto Xalça
Pro Glass
Tech Master
Atlas Mühəndislik