“MARSOL” tərəfdaşları arasında növbəti “Dəyirmi Masa və B2B” görüş baş tutub. Görüşdə iştirak edən partnyorlarımız ənənəvi qaydada tanış olub. Daha sonra partnyorumuz, toplu sms xidməti ilə məşğul olan “Bimtek” şirkətinin təqdimatı gərçəkləşdi. Belə ki, şirkətin rəhbəri Cenk bəy fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verdi və toplu sms xidmətinin üstünlüklərindən danışdı. Bununla yanaşı görüşdə Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Dövlət Məşğulluq Mərkəzi
All smart
Times Consalting
Turkesh dekor
Office pro
Əmlak.az
Bimtech
Qanun