“Cinema & Network Night” – 04.08.2023

Marsol Group olaraq partnyorlarımızın iştirakı ilə növbəti “Cinema & Network Night” tədbirini təşkil etdik.

Bu dəfə məşhur fast food markası “McDonalds”ın necə qurulduğu və keçmiş hekayəsindən bəhs edilən “Təsisçi” filmi izlənildi. 50-dən çox sahibkarla bu filmi izləmək və davamında müzakirələr etmək tədbirə fərqli rəng qatdı.

Filmin ardınca tədbirin rəsmi hissəsinə keçid edildi. Marsol Group-un təsisçisi Tural Mustafayev açılış nitqi və salamlamadan sonra, gələcək layihələr haqqında məlumat verdi. Növbəti çıxış üçün Mərkəzin rəhbəri Nərgiz Babayeva kürsüyə dəvət edildi. Nərgiz xanım Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Tədbirin Coffee Break hissəsində isə iştirakçılar arasında tanışlıqlar və B2B görüşlər baş tutdu.

Marsol Karyera və İnkişaf Mərkəzinin “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları da tədbirə qatılaraq film haqqında fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Həmçinin, uşaqlar partnyorlarımızla həmsöhbət olaraq sahibkarlıq prosesindəki maneələr və onların aradan qaldırılması yolları ilə tanış olublar.

Artıq ikincisini təşkil etdiyimiz bu tədbir, iş həyatı və sahibkarlıq fəaliyyəti ilə bağlı həm əyləncəli, həm öyrədici, həm də ilhamverici rol oynayır və sahibkarlar arasında biznes əlaqələrin güclənməsinə zəmin yaradır.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!