Axşam ziyafəti masasında təşkil olunan biznes görüşlərimiz davam etməkdədir. Bu dəfəki görüşümüzü partnyorumuz “Express Services and Logistics”lə birlikdə “ChaiKhor”da təşkil etdik. Fərqli sektorlarda fəaliyyət göstərən partnyorlarımızın da iştirakı ilə baş tutan axşam ziyafətində, yeni-yeni tanışlıqların, biznes əlaqələrin qurulmasına şərait yaranmış və bəzi mövzularda müzakirələr edilmişdir. Başda “Express Services and Logistics” şirkətinin rəhbəri Anar bəy olmaqla iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!  

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

LOGİX
Ideal Dizayn
Fire Universal
De Promo
Lassa
Antik İnşaat
Hafele
Rota Group
Roland
Helind
Moss Décor
Azfrost
Express Logistika
Edex
Marsol MMC