Marsol Group partnyoru “Nur Collection” şirkətinin 10 illik yubileyi münasibətilə sentyabrın 22-si “Fairmont Baku”da axşam ziyafəti baş tutub. Dövlət qurumu nümayəndələri, sahibkarlar və “Nur Collection” komandasının iştirakı ilə baş tutan tədbirdə Marsol Group olaraq biz də iştirak etdik. Marsol Group tərəfindən şirkətin təsisçisi Elnur Orucova müəssisənin 10 illiyi münasibətilə xatirə hədiyyəsi təqdim etdik. “Nur Collection”un...Ətraflı
Marsol Group-un tərkibində “Moderatorlar Klubu” təsis edilib. Sentyabrın 20-si Marsol Group fəaliyyətlərində tərəfdaşlar arasında ünsiyyəti və iş birliyini təşviq etmək, yeni biznes əlaqələrinin formalaşmasına dəstək olmaq məqsədi daşıyan “Moderatorlar Klubu”nun üzvləri ilə görüş keçirilib. Görüşdə, “Moderatorlar Klubu”nun missiyasının uğurla davam etdirilməsi və partnyorlar arasında güclü işgüzar əlaqələrin qurulması istiqamətində müzakirələr aparılıb, üzvlərin təklif və rəyləri...Ətraflı
Dəyirmi masa ətrafında B2B görüşlərimiz davam edir. Sentyabrın 20-si Marsol Group partnyorları növbəti dəfə bir araya gəlib. Görüş zamanı Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub sahibkarların təklif və rəyləri dinlənilib.Ətraflı
19 sentyabr tarixində Marsol Group partnyorları dəyirmi masa ətrafında B2B görüşdə bir araya gəlib. Görüş zamanı Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub, o cümlədən “SAT Group” şirkətinin direktoru Azad Qəhrəmanovun “Korporativ satış və CRM” başlığı altında təlimi baş tutub....Ətraflı
Ofis ziyarəti çərçivəsində partnyorlarımızla sentyabrın 19-u “N-Advert” şirkətində qonaq olduq. Sahibkarlar çay süfrəsi ətrafında şirkətin təsisçisi Namiq Nəbiyevin təqdimatı zamanı müxtəlif rənglərlə və yaradıcı elementlərlə bəzədilmiş reklam məhsulları haqqında məlumatlandılar, onların bu sektordakı təcrübələri müzakirə olundu. Bununla yanaşı istehsalat sahəsini ziyarət etdik. Marsol Group partnyoru “N-Advert” şirkəti əsasən çöl reklamı olaraq paslanmaz poladdan hazırlanmış qabarıq...Ətraflı
Sentyabrın 18-i növbəti görüşümüz müxtəlif tədbirlərdə furşet təşkili, kofe breyk, korporativ keytrinq, banket təşkili və kokteyl xidməti göstərən “Catering Baku”da baş tutub. Ofis ziyarəti zamanı sahibkarlarımız bir-birilərilə tanış olub şirkətin fəaliyyətləri haqqında məlumat alıblar. Şirkətin təsisçisi və direktoru Emilya İsmayılova “Catering Baku”nun fəaliyyət istiqamətlərini sahibkarlara tanıdıb, həyata keçirilən layihələr haqqında məlumat verib. Bu xidmətlərin ərsəyə...Ətraflı
Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş baş tutub. Sentyabrın 18-i onlayn görüş çərçivəsində iştirakçılar öz bizneslərini tanıdıb, fəaliyyətləri haqqında təqdimat edib. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, B2G formatda davam edən müzakirələr zamanı işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli...Ətraflı
Sentyabrın 18-də partnyorlarımız “Özsüt” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib. Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, “Marsol Plus” mobil tətbiqi, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub. Sonda, 2024-2025-ci il...Ətraflı
Sentyabrın 17-si “Marriott Baku Boulevard” hotelində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-İraq Biznes Forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurası yaradılıb. Tədbirdə Marsol Group partnyorları da olmaqla Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edib, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın güclənməsi, logistika və tranzit...Ətraflı
Partnyorlarımız sentyabrın 17-si dam örtüklərinin istehsalı ilə məşğul olan “Roofs” şirkətində qonaq olub. Çay süfrəsi ətrafında iştirakçılar öz xidmətlərini tanıdıb, həmçinin şirkətin təsisçisi və direktoru Şamxal Abdullayev “Roofs”un 10 illik fəaliyyəti, məhsulların növləri və ixrac bazarı barədə məlumat verib. Daha sonra istehsal sahəsinə təşkil olunan ekskursiyada sahibkarlar dam örtüyü istehsalı üçün istifadə olunan müxtəlif avadanlıqlar,...Ətraflı