Sentyabrın 5-i “Prive Steak Gallery” restoranında baş tutan “İşgüzar Səhər Yeməyi” çərçivəsində partnyorlarımızı bir araya gətirdik. 30-dan çox sahibkar ənənəvi olaraq öz fəaliyyətlərini tanıdıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Görüşün davamında Marsol Group-un gələcək fəaliyyətləri haqqında bir sıra təqdimatlar olub. Bununla yanaşı, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “Prive Steak Gallery” restoranına...Ətraflı
Marsol Group partnyorları sentyabrın 4-ü “Re-Charge” şirkətinin ofisini ziyarət ediblər. Avtomobillərin Çindən Azərbaycana və digər dünya ölkələrinə ixracını həyata keçirən “Re-Charge” şirkəti ilə tanışlıq zamanı şirkətin təsisçisi Sənan Əsədzadə partnyorlarımızı məlumatlandırıb, Azərbaycanın yeni avtomobil bazarının 70%-dən çoxunu təmin edən xidməti ilə avtomobil sektorunda olan inkişafını vurğulayıb. Sahibkarlarımız bu sahədə olan təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.İştirak...Ətraflı
4 sentyabr tarixində Marsol Group partnyorları dəyirmi masa ətrafında B2B görüş çərçivəsində yenidən bir araya gəlib. Görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”, eləcə də “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub, sahibkarların təklif...Ətraflı
Partnyorlarımız sentyabrın 3-ü müasir ofis mebelləri və divan-kreslo dəstlərinin satışı sahəsində xidmət göstərən “İntegro Group”un ofisində qonaq olub. Görüş çərçivəsində çay süfrəsi ətrafında tanışlıq olub, şirkətin direktoru Əli Yolçuyev həm məhsulların çeşidliliyi və keyfiyyəti həm də fəaliyyəti dövründə gerçəkləşdirilən bir çox dövlət və özəl layihələri haqqında məlumat verib. Bununla yanaşı, Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin...Ətraflı
3 sentyabr tarixində Marsol Group partnyorları dəyirmi masa ətrafında B2B görüş çərçivəsində bir araya gəlib. Görüş zamanı sahibkarların Marsol Group fəaliyyətləri ilə bağlı təklif və rəyləri dinlənilib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”, eləcə də “Marsol Plus” mobil tətbiqi...Ətraflı
Netvörkinqin regionda inkişafını təmin etmək məqsədi daşıyan onlayn görüşlərimiz Marsol Region və Marsol Group partnyorlarının iştirakı ilə davam edir. Avqustun 28-də baş tutan görüşümüz ölkəmizin regionlarından sahibkarları yenidən bir araya gətirərək yeni tanışlıqların yaranmasına və biznes təcrübələrinin müzakirə olunmasına vasitəçi olub.Ətraflı
Avqustun 28-i növbəti görüşümüz “Ofis Ziyarəti” çərçivəsində “Estet” şirkətində baş tutub. Partnyorlarımız çay süfrəsi ətrafına dəvət olunaraq, fəaliyyətləri barədə məlumat verib, eləcə də “Estet” şirkətinin təklif etdiyi xidmətlərlə tanış olublar. Şirkətin rəhbəri Elşən Həsənov sahibkarlarımızla həmsöhbət olaraq “Estet”in məhsulları və göstərdiyi texniki xidmətlər haqqında məlumat verib. Görüşün sonunda partnyorlarımız şourumda müxtəlif təhlükəsizlik sistemləri və texnologiyaları...Ətraflı
Avqustun 28-i xanım sahibkarların da iştirakı ilə “Qoç Ət” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub. Görüşdə “Marsol Plus” mobil tətbiqi və 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək üçün nəzərdə tutulan fəaliyyətləri haqqında sahibkarlar məlumatlandırılıblar. Ənənəvi olaraq tanışlıq çərçivəsində iştirakçılar öz bizneslərini tanıdıb, gələcək əməkdaşlıq qərarlarını istiqamətləndirəcək fikirlər səsləndirilib. Dövlət Məşğulluq Agentliyinin...Ətraflı
Avqustun 27-si Marsol Group və “EGT Express” şirkətinin təşkilatçılığı ilə 40-a yaxın sahibkar “Axşam ziyafəti və B2B” görüşdə bir araya gəlib. Partnyorlarımız öz şirkətləri haqqında məlumat verərək biznesdəki problemlər və imkanlar haqqında açıq fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq qərarlarını istiqamətləndirəcək fikirlər səsləndirilib. Bununla yanaşı, “EGT Express”in direktoru Elçin Əliyev avtomobil, dəmir yolu, hava, dəniz və...Ətraflı
Sahibkarlarımız avqustun 27-si “Ofis Ziyarəti” çərçivəsində 2024-2025-ci il Marsol Group sponsoru “ERZ Ofis Mebelləri”ni ziyarət edib. Görüş zamanı çay süfrəsi ətrafında partnyorlarımızın fəaliyyət istiqamətlərinə dair müzakirələr olub. Həmçinin, “ERZ Ofis Mebelləri”nin həmtəsisçiləri Zaur Hüseynov, Elçin Rüstəmov və Rəşad Babayev təqdimat çərçivəsində təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələrin müxtəlif təyinatlı ofis mebelləri ilə təmin...Ətraflı