Cafe de Baku – Axşam Ziyafəti

Növbəti axşam ziyafətimizi partnyorumuz “Lassa Azərbaycan” şirkətilə birlikdə təşkil etdik. “Cafe de Baku”da partnyorlarımızın iştirakı ilə baş tutan görüşdə yeni tanışlıqlar və biznesə dair mövzularda müzakirələr edilmişdir. “Lassa Azərbaycan” şirkətinin rəhbəri Əliyar bəy, gördükləri işlər və fəaliyyətləri haqqında ətraflı məlumat verərək şirkətinin təqdimatını etmiş, öz növbəsində digər şirkət rəhbərləridə bizneslərindən danışmışdır. Sonda isə, Əliyar bəy MARSOL partnyorlarına xüsusi endirimləri olacağını vurğuladı. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində müvəffəqiyyətlər arzu edirik!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

Lassa
Sat Group
New Baku Hotel
Rimex Logistika
Modern Hospital
Customar
Sirab
N-1 Tədris Mərkəzi
Orange Studio
El-Kha Construction
Dilbill