Business Breakfast – 27.01.2023

Bu səhər partnyorlarımızın iştirakı ilə “Dine Hall” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyin KOB dostu departamentinin Baki və xüsusi zonalar üzrə koordinatorlugunun KOB dostu Səid Abbasov da görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.

Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023”, “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla bu gün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verildi, videoçarx izlənildi, müzakirələr aparıldı.

Görüşün davamında “Omnitech”in təsisçi direktoru İlqar Ələkbərov təqdimat edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Ambiance Med
Grow Audit
Voice Agency
GST Company
Əhmədoğlu
World Karyera və İnkişaf Mərkəzi
Estet
Kapital Bank
Abşeron Logistika
İdeal Print
Omnitech
SM Fresh Oil
Hanoğlu
Smart Energy
Caspian Energy Group
Hood Academy
Ecomedi
Naxış.az
Proav
Sheki City Futbol Klubu
Greenmed
Antik İnşaat
KOBİA
Real Manufactoring Company