Business Breakfast – 26.01.2023

Bu səhər partnyorlarımızın iştirakı ilə “Dine Hall” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.

Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023”, “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla bu gün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verildi, videoçarx izlənildi, müzakirələr aparıldı.

Görüşün davamında “Maricel Real Estate” və “Maricel Astara Resort”un təsisçi direktoru Samir Əlizadə təqdimat edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Daha sonra “SofistiCo” şirkətinin nümayəndəsi Şamxal Kərimovun “2023-cü il üzrə Vergi Məcəlləsindəki dəyişikliklər” mövzusunda çıxışını dinlədik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Sofistico
Bloom Group
Müasir Psixologiya Mərkəzi
Bakı Masura
SR Group
Outsite
Maricel Real Estate
Garanti Group
Proglass
Adelina Beauty
Kripton
İ Tech Group
Focus Optika
Dəmirağac Engineering
KomiForest
Proneo
E.H.A Group
Perila.az ( İnox MMC )
Novator HRC
Texno Gallery
Caspian Clima
Marry Me
Bakı Gənclər Mərkəzi
İnkdustry ( Net Kodlama )
One Smart Star
Azpark
Qayo Group
Net Elektrik
BF Home
189 Courier
Dövlət Məşğulluq Agentliyi