Business Breakfast – “La Marea” – 15.08.2023

Bu səhər “La Marea” restoranında partnyorlarımızı “Business Breakfast” görüşü çərçivəsində bir araya gətirdik. Görüşdə partnyorlarımız öz şirkətləri haqqında məlumat verərək bir-birilərilə həmsöhbət olublar. Həmçinin, onlar biznes təcrübələrini bölüşüblər.

Görüşdə iştirak edən Marsol Group sponsoru “BHB” şirkətinin nümayəndəsi Kamran Bayramlının şirkətin fəaliyyətləri haqqında təqdimatı baş tutub. Təqdimat çərçivəsində Kamran bəy reklam fəaliyyətləri üçün yeniliklərlə dolu inkişaf proseslərindən danışaraq partnyorlarımızın diqqətini cəlb edəcək mövzulara toxunub. Daha sonra partnyorların mövzu haqqında verdikləri suallar cavablandırılıb.

Həmçinin, “Daşınmaz Əmlak Bazarı”nın satış rəhbəri olan Kamran bəy məkanın fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verərək şourum gəzintisinə dəvət edib. Hal-hazırda bir neçə partnyorumuzun da nəzdində olduğu “DƏB”, daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, interyer və eksteryer dizayn xidməti təklif edən yerli və xarici daşınmaz əmlak şirkətlərinin xidmətlərini bir məkandan təqdim edir.

Nəzərinizə çatdıraq ki, Marsol Group sponsoru “BHB Strategic & Creative Co” reklam strategiyasının hazırlanması və inkişafı, TV və Radio kanallarında media planlama və yerləşdirmə, marketinq strategiyasının formalaşdırılması xidmətləri göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Express Services and Logistics
KYS
Porland Porselen
Vibrostone
TİS (Ağıllı ev sistemləri)
Turkesh Dekor
AZDIZAYN Group
EURODOOR
Ecober
LeDiOr Luxury Travel
Antik İnşaat
N-Advert
BHB Strateji Media Agentliyi
Ecolife
AS Avtomatika
SR Group
Veysəloğlu Holding
Liberte Electric (qonaq)
Arsi Group
Azela Sposa Group
İnfotrans Plus