Biznes Kamp “Lənkəran” – 12.08.2023

12 avqust “Biznes Kamp”ın ikinci günü sahibkarların iştirakı ilə növbəti təlim baş tutub.Marsol Group partnyoru “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid Adıgözəlovun “Müştərinin cəlb olunması və uğurlu satış” mövzusunda təlimi baş tutub. Təlimdə Marsol Group partnyorları iştirak edərək Zahid bəyin təcrübələrindən yararlanıb. O, müştərilərlə ünsiyyət qurmaq, onların ehtiyaclarını dərk etmək, etibarlı münasibətlər yaratmaq kimi məsələlərə toxunub. Ən sonda isə, sahibkarlar mövzu ilə bağlı suallarını ünvanlayıblar.

Günün ikinci hissəsində isə, Marsol Group partnyorları Astara rayonundakı “Maricel Astara Resort” hotelinə səfər ediblər. Burada bizləri hotelin təsisçisi Samir Əlizadə qarşıladı. O, qonaqlara hotel haqqında ətraflı məlumat verərək restoran və əyləncə mərkəzlərini göstərdi. Sonda nahar süfrəsi təşkil edildi. Beləliklə, iştirakçılar üçün həm faydalı, həm də maraqlı bir səfər oldu.

“Biznes Kamp”ın davamında, gün sonu, Marsol Group partnyorları və region sahibkarlarının iştirakı ilə “Şirkəti zirvəyə qaldıracaq 4 hədəf” mövzusunda növbəti təlim təşkil olundu.

Təlimdə Zahid bəy uğurlu biznes qurmaq üçün 4 əsas hədəf barədə sahibkarları maarifləndirdi. Təlim iştirakçıları bu hədəflərlə bağlı suallar verərək lazımi detalları öyrəndilər. Beləliklə, Zahid bəyin tövsiyələri onlar üçün faydalı oldu.