“Brain of Construction” MMC 28.09.2021-ci ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. “Brain of Construction” MMC 2011-ci ildən fəaliyyətdə olan “Hi-Tech Solutions” və “Unitech Solutions” MMC şirkətlərinin rebrendinqidir. Ağıllı ev, təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılmasına və onların istismarına nəzarət edilməsi, eyni zamanda servis xidmətinin göstərilməsi fəaliyyət profilini seçmişdir. Şirkətimiz təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılması və tətbiq olunan bu sistemlərin servis xidmətinin həyata keçirilməsi üçün yüksək ixtisaslı kadr və peşəkarların bir arada toplandığı şirkət olmaqla yanaşı, hər zaman öz müştərilərinin məmnuniyyəti üçün müasir standartlara, yeni nəsil texnologiyalara cavab verən məhsul və xidmətləri ilə seçilməkdədir.

 Şirkətimizin qısa müddətli bir keçmişi olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi daim yeni nəsil texnologiyaların istifadə edilməsi ilə yanaşı eyni zamanda layihələndirmə yönündə bir çox uğurlara imza ataraq, ölkə ərazisində öz layiqli yerini tutmuşdur:

Ünvan: Bakı şəh, Nərimanov ray, Həsən Əliyev 94B

Telefon: (012) 311 01 17 / (012)  409 29 99

Mobil: 070 681 52 52

E-mail: [email protected] copy [email protected] / [email protected]

Facebook, İnstagram: bofc__az