Sahibkarlarla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”ni ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. Autizmli uşaqlarla tanış olduq və onlarla çay süfrəsində maraqlı söhbətimiz baş tutdu. Bugünə kimi, bizimlə birlikdə Birgə və Sağlam İctimai Birliyini ziyarət edən, onlara maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edirik.
Nəzərinizə çatdıraq ki, “Kashalata” Azərbaycanda autizm sendromlu uşaqların işlətdiyi ilk kafedir.