Onlayn görüşlərimiz davam edir. 22 iyul tarixində də növbəti vebinarımız baş tutdu. Bu dəfəki vebinarımızın təqdimatı, yeni partnyorumuz “Express Services & Logistics” şirkətinə aid oldu. Şirkətin rəhbəri Anar bəy gördükləri işlər və xidmətləri barədə ətraflı məlumat verdi. Öz növbəsində görüşə qoşulan partnyorlarımız da, bir-birləri ilə tanış oldular və şirkətləri haqqında qısa məlumat verdilər. Bununla yanaşı görüşdə maraqlı müzakirələr da baş tutdu. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!
2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan EXPRESS SERVICES LOGISTICS Cənub-Şərqi Asiya ölkələrindən (Çin, Cənubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır. Müstəqil nəqliyyatekspedisiya şirkəti olaraq, Sizlərə tam həcmdə nəqliyyat, ixrac-idxal, gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edir.
Görüş iştirakçıları:
Express Services and Logistics
Altis Group
BHB Media
Pinlight
Geo Casmar
Kapital Bank
Proglass
Vibrostone
İ-Tech Group