“Balanced Scorecard” təlimi – 30.09.2022

30 Sentyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant Seymur İlyasovun “Strateji idarəetmə metodlarından biri olan: Balanced Scorecard” mövzusunda təlimi baş tutub. Əvvəlcə partnyorlarımız arasında tanışlıqlar olub və öz şirkətləri haqqında məlumat veriblər. Təlim zamanı Seymur bəy “Stratejik İdarəetmə” mövzusunda partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İstanbul Liseyi

MC Union ( Roland )

Piramida Reklam

My Kart

Documood

Fostanpak

Sarp Systems

Rəmzioğlu

MVC Group

Oksi Group

Ecober Tayqatech