“Azani tekstil” fabrikinə ziyarət – 09.09.2023

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Marsol Group-un təsisçisi Tural Mustafayev “Azani tekstil” fabrikini ziyarət ediblər.

Müəssisənin istehsal sahəsi ilə yaxından tanışlıq olub, inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair “Azani tekstil” fabrikinin təsisçisi Afət Məmmədovla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Marsol Group partnyoru olan “Azani tekstil” 2000-ci ildən fəaliyyət göstərir. Müəssisədə uşaq, idman geyimləri və digər tekstil məhsulları istehsal olunur. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verir. Burada çalışan 100-dən çox işçinin 90%-ə yaxını qadınlardır.

This will close in 0 seconds