Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Respublikasında mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
ASK Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Birliyinin, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının, Dünya KOS və İpək Yolu Beynəlxalq Ticarət Palatası, BMT-nin Qlobal Sazişinin üzvüdür.

Ünvan: Landmark III, mərtəbə 2, Nizami küç. 90A, Bakı ş. AZ1010

Telefon: + 994 12 465 76 92 / 93

web: www.ask.gov.az

e-mail : [email protected]

Rəy bildirin