29 noyabr tarixində “Marsol” MMC və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı. Universitetin rektoru Ədalət Muradov və Marsol şirkətinin direktoru Tural Mustafayev tərəfindən imzalanan memoranduma əsasən:
– Marsol şirkətinin əməkdaşlıq etdiyi şirkətlərdə Universitetin tələbələri üçün təcrübənin təşkil edilməsi;
– Universitetin tələbələrinin tərəfdaş şirkətlərdə işlə təmin edilməsi üçün universitetdə “Karyera günləri”nin keçirilməsi;
– Marsol partnyorlarının iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin, ustad dərslərinin və seminarların təşkil edilməsi;
– Tələbələrin kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi, Marsol şirkətinin və əməkdaşlıq etdiyi şirkətlərin rəhbərlərinin, o cümlədən, nümayəndələrinin tədris prossesinə cəlb olunması istiqamətində əməkdaşlığa başlanılmışdır.
Əməkdaşlığımızın ölkəmizin təhsil və sahibkarlıq ekosisteminə töhfə verəcəyinə inanırıq.