Axşam ziyafəti və B2B “MADO” – 26.03.2024

Marsol Group partnyorları yenidən bir arada..

Martın 26-sı Marsol Group və “Pak Xalça” şirkətinin birgə təşkilatçılığı ilə “MADO” restoranında keçirilən tədbir maraqlı müzakirələrə vasitəçi olub.

Tədbirdə partnyorlarımız yeni şirkətlərlə tanış olmaqla B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətləri haqqında məlumat vermək imkanı əldə ediblər.

Daha sonra “Pak Xalça” şirkətinin rəhbəri Vüqar Əhmədov çıxış edərək təmizlik sektorunda 2005-ci ildən göstərdikləri xidmət növləri ilə bağlı təqdimat edib.

Bununla yanaşı, Marsol Group-un fəaliyyətləri haqqında təqdimat olub. Xüsusilə də Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumat verilib.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

İştirak edən şirkətlər:

Gültekin Logistics
Silo Construction
Mega Story
Beynəlxalq Təhsil Mərkəzi
Estet
Mado
One Smart Star
N-Advert
Slavyanka
Lassa
Nevroloq
Labor
Vibrostone
Al Group
Məlhəm Beynəlxalq Hospital
Azplasttech
Allplast
Car Club
Şərq Motors
Xalq Həyat
Amazon Travel
Fleetstock
İnes Precast
Şəms Aydınlatma
Pak Xalça
Mars-A
Ecolife
Sinax
Pro Con İzo