“Axşam ziyafəti və B2B” görüş.

18 may xanım sahibkarların da iştirakı ilə “El Piano Baku” restoranında “AmbianceMed” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Görüşdə Marsol partnyorları ilə yanaşı “AmbianceMed” şirkətinin tərəfdaş olduğu şirkətlər də iştirak edib. Yeni əməkdaşlıqlar üçün imkanlar yaradan netvörkinq görüşdə ənənəvi olaraq tanışlıqlar olub və iştirak edən sahibkarlar şirkətləri haqqında məlumat veriblər.Həmçinin “AmbianceMed” şirkətinin rəhbəri Elnarə xanım şirkətin fəaliyyətindən bəhs edən videoçarx təqdim edib və partnyorlarımızı maraqlandıran sualları cavablayıb.

“Axşam ziyafəti və B2B” görüşündə Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da iştirak edib. Fəxriyyə xanım görüşdə iştirak edən partnyorlarımıza istehsal etdikləri ətir kolleksiyasına daxil olanqablaşdırması və qoxusu ilə digərlərindən fərqlənən yeni parfümlərdən də bəhs edib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!