“Axşam Ziyafəti və B2B” görüş – 06.04.2023

6 aprel tarixində Prof-Dez şirkətinin sponsorluğu ilə “Pxali Xinkali” restoranında “Axşam ziyafəti və B2B” görüşümüz baş tutdu. 30-dan çox sahibkar səmimi mühitdə bir araya gəldilər. Partnyorlar arasında sıx əlaqələrin yaradılması məqsədilə təşkil olunan görüşdə iştirak edənlər öz biznesləri haqqında məlumat verdilər.

“Prof-Dez” IPM MMC şirkəti artıq 2009-cu ildən İctimai Sağlamlığın qorunması sahəsində öz peşəkar xidmətlərini təklif edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ISN/L-275 saylı lisenziyasına əsasən respublika ərazisində profilaktik və cari dezinfeksiya, dezinseksiya, deratizasiya həmçinin ilanlar və digər sürünənlərə qarşı kimyəvi və mexaniki üsullarla işlər aparır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Shane English School
Labor
Global Dəftərxana
Qanun Mühasibatlıq
Zəhra Klinikası
AzEstetik
BYTE
Net Kodlama
Ecolife
Dəmirağac Engineering
AKK Promotion
Roland
Sis Collection
Fooda Kulinariya
Aero Tour
Greenmed
Asia Motors
Sultanoğlu Bearings
Net Elektrik
Safi Construction
CanAz Group
189 Kuryer
Komiforest
Klimatex
ADRA
Fudge
Profdez
Vüqar Abdullayev
İdea Consulting
AzPrint