Axşam Ziyafəti – Okuklu Holdinq

4 dekabr tarixində partnyorlarımızın iştirakı ilə, “Okuklu Holdinq”in tərkibində fəaliyyət göstərən “Hanlı Restoran”ında biznes məqsədli təşkil edilən axşam ziyafətimiz baş tutdu. İş adamlarının uğurlu biznes tərəfdaşı “MARSOL” MMC-nin partnyorlarının bir araya gəldiyi tədbirdə iş adamları ilə yanaşı sənət dünyasından rəssam-modelyer, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyə xanım Xələfova da iştirak edib. Yaradıcı düşüncələr fonunda davam edən tədbir son dərəcə maraqlı və gələcəyə yönəlik layihələrin müzakirəsi ilə davam edib.
Bununla yanaşı “Okuklu Holdinq” təşkilatçılığı ilə “Avtomatlaşdırma sistemlərinin inkişafı, müasir biznes sistemlərinin avtomatlaşdırılması” istiqqamətində Türkiyənin “Matrix Yazılım” şirkəti ilə ikitərəfli səmərəli əməkdaşlıq proqramının başlanması haqqında holdinqin rəhbəri Yılmaz Okuklu ətraflı məlumat verib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Sabiroğlu MMC
MM Logistika
Marsol MMC
Asstretch
Rota Group
Vien Group
VMR Tekstil
Finplast
Baykon İnşaat
Aztexservis
Okuklu Holdinq
Luck Office Support
MYZiron
İnes
AAC
Kapital Bank
158 Taksi
Avtotemir.az
Ayfa Group
AEServis
GreenWood
Abşeron Logistika Mərkəzi