Axşam ziyafəti “Lənkəran” – 02.04.2024

Marsol Region fəaliyyətləri davam edir!

Aprelin 2-si Lənkəran şəhərində fəaliyyət göstərən “Bağ Evim” restoranında dövlət, özəl qurum nümayəndələri və sahibkarlarla “Axşam ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəldik.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialının Masallı rayon Xidmət Şöbəsinin müdiri Səfər Hüseynov, KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, Kapital Bank-ın Lənkəran filialının rəhbəri Fizuli Həsənov da iştirak etdi.

B2G formatda dialoqlar zamanı adıçəkilən qurumlarla region partnyorları arasında maraqlı müzakirələr oldu, maarifləndirici məlumatlar verildi.

Bununla yanaşı, fəaliyyətlərimizlə bağlı təqdimat da etdik. Təqdimat çərçivəsində 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başda olmaqla, B2B görüşlər, region turları, xarici turlar və digər fəaliyyətlər haqqında məlumat verildi.

Sonda, 2024-2025 Marsol Region partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.