20 noyabr tarixində xanım sahibkarların da iştirakı ilə, “Arion” hoteldə partnyorumuz “Prime Audit and Consulting” şirkətilə birgə axşam ziyafəti təşkil etdik. Biznes məqsədli təşkil edilən ziyafətdə, yeni tanışlıqlar və biznesə dair müzakirələrlə maraqlı görüşümüz baş tutdu. İştirak edən şirkət rəhbərləri öz şirkətlərini təqdim edərək bir-birlərilə yaxından tanış oldu. Daha sonra “Prime Audit and Consulting” şirkətinin təqdimatı gerçəkləşdi. Şirkətin rəhbəri Anar bəy bildirdi ki, PRİME – mülkiyyətin bütün formalarını əhatə edən, xırda və orta müəssisələrin, iqtisadiyyatın müxtəlif sahələrində audit və məsləhət xidmətləri təklif edir. Həmçinin, “Prime Audit and Consulting” şirkətinin 2016-cı ildən “Praxity” assosiasiyasına üzv olduğunu bildirdi. Praxity – dünyanin müstəqil mühasibat və konsaltinq şirkətlərinin ən böyük alyansıdır və TOP-6 ən böyük audit mühasibat assosiasiyasıdır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
Silo Construction
Prime Audit and Consulting
Kapital Bank
Sabiroğlu MMC
Okuklu Holding
Ambiance Med
Prime Audit and Consulting
S.A.B.A Şirkəti
Prestij Kimya
Armaad Group
Xan Group
Baykon İnşaat
Sirab
Abşeron Logistika Mərkəzi