Partnyorlarımızla növbəti dəfə “Axşam ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəldik!

“BF Group”la aprelin 4-ü “Restore” restoranında təşkil etdiyimiz görüş çərçivəsində şirkətin rəhbəri Fizuli Bayramov fəaliyyətləri haqqında təqdimat etdi. Daha sonra partnyorlarımız öz şirkətləri haqqında məlumat verərək tanış oldular.

Əlbəttə sahibkarların Marsol Group-un gələcək fəaliyyətləri haqqında xəbərdar olması da vacibdir. Bu məqsədlə təqdimatımız zamanı iştirakçıları 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başda olmaqla fəaliyyətlərimizlə tanış etdik.

Nəzərinizə çatdıraq ki, iş mühitində öz əlaqələrini daha irəli səviyyəyə daşımaq istəyənlərə böyük üstünlük verən bu tip görüşlərdə partnyorlarımız fəal şəkildə iştirak edir, müxtəlif sektorlarla əməkdaşlıq imkanlarını dəyərləndirirlər.

İştirak edən şirkətlər:

Ağ Kənd
Unity Technologies
Omnitech
Aslanov Group
Selena Tour
Ahəng Psixologiya Mərkəzi
More Agency
Storm Engineering
United Payment
BTL İndustries
Çapar Group
TWC Group
SR Broker
BRT Class(qonaq)
Net Elektrik
Lux Concept
Ontop Boulinq
Kənd Payım MMC
Qida Sektoru
Moon Group
Avtolux
VMR Tekstil
BF Group
Nano
Mado