“AzEstetik Group” şirkəti ilə birgə təşkil etdiyimiz Növbəti “Axşam ziyafəti və B2B” görüşümüz “Dine Bistro” restoranında baş tutdu. Netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə baş tutan görüşdə axşam yeməyi masası ətrafında yeni tanışlıqlar oldu və görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verdi. AzEstetik şirkətinin həmtəsisçiləri Fariz Məmmədov və Rəşad Qasımov məhsulları haqqında məlumat verdi, videoçarx izlənildi. Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.
Əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji və stomatoloji avadanlıqların satışı olan “AzEstetik Group” müştərilərinin ehtiyaclarını qiymətləndirən, bu ehtiyaclar əsasında ən uyğun həlləri təklif edən hərtərəfli tərəfdaşlıq və konsultasiya xidmətləri təqdim edir.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.
İştirak edən şirkətlər:
AzEstetik
İntenst Elektrik
Natural Meat
Brain of Construction
İdeal Print
Adıgözəl & TİAK
A Medical
Euroglass Art
İnmotion Trading
Vien Group
İvento
Perila.az
Peşəkar Psixologiya Mərkəzi
Şəms Tərcümə
DMA
Fiore-F
Luxury Estate
BF Home
Marry Me
Sarp Systems
Medical Media
Compar Academy
Rəmzioğlu Paxlava
Storm Engineering
Sweet Tweet
Banu Bağça