«Aqrokimya» MMC 1991-ci ildən geniş işçi heyəti, peşəkar yanaşma üsulları və satdığı məhsulların keyfiyyəti ilə, bu sahə üzrə ölkə lideri olmağı bacarmışdır. Fəaliyyəti dövründə əsas hədəfi respublikaya bitki mühafizəsi vasitələrini ( pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar) idxal edib, kənd təsərrüfatı müəssisələrini və fermerləri keyfiyyətli və səmərəli məhsullarla təmin etməkdir.

«Aqrokimya» MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Agro AG», Almaniyanın «Bayer CropScience AG», Amerika Birləşmiş Ştatlarının «DOW AgroSciences»,  Türkiyənin «Koruma Klor Alkalı» , İspaniyanın «AgriTechno», Rusiyanın «Uralxim» şirkətlərinin bitki mühafizəsi vasitələrinin,  İtalyanın «Valagro», Belçikanın «Tessenderlo Group», İsrailin «Haifa Chemicals», Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin «Syngenta Seeds» şirkətlərinin bitki toxumlarının, Estonianın «Mikskaar» şirkətinin torf satışı üzrə distribyutorudur.

Şirkətimizdə bitki mühafizəsi ixtisası üzrə 2 nəfər elmlər namizədi, 5 nəfər alim-aqronom və ümumilikdə 70-dən çox əməkdaş çalışır.

Şirkətimizin əsas məqsədi ətraf mühütə zərər vermədən ekoloji cəhəttən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək üçün aqrokimyəvi xidmətin yeniliklərini və qabaqcıl təcrübəni tədbiq etməkdir.


Cəmiyyətin 26-dan çox filial və bölgə nümayəndəlikləri mövcuddur.  

Ünvan: Azərbaycan Bakı Akademik Şəfaət Mehdiyev 270 Azəraqrartikinti 5-ci mərtəbə

Telefon: +994 12 430 30 62

web: www.agrokimya.com

e-mail: [email protected]

Facebook : agrokimyallc

İnstagram : agrokimyallc