“Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinin praktiki təlimləri davam edir – 21.11.2023

Bakı Mühəndislik Universitetində Universitet-Sənaye İşbirliyi çərçivəsində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinin praktiki təlimləri davam edir.

21 noyabr tarixində BMU – Müəssisələrlə Əlaqələr və Karyera departamenti, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Development Center ilə birlikdə bakalavrlara “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” başlığı altında növbəti praktiki təlim keçirilib.

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin rəhbəri Gülçöhrə İbrahimova çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib və bu tip tədbirlərin tələbələr üçün əhəmiyyətindən danışıb. İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın İdarə Heyəti Sədrinin müavini Bilal Qasımlının moderatorluğu ilə davam edən tədbirdə Bilal bəy praktiki təlimlərin mahiyyəti haqqında məlumat verib. Daha sonra tədbirdə spiker qismində iştirak edən sahibkarlara söz verilib.

Təlim zamanı iş dünyasının uğurlu şəxsləri gənc nəslin nümayəndələri ilə öz təcrübələrini bölüşərək, biznes yönümlü mövzularda fikir mübadiləsi aparıb, iştirakçılara iş həyatında olan çətinliklərin öhdəsindən gəlmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və biznes strategiyalarını kəşf etməklə bağlı mühüm məlumatlar veriblər.

Tədbirin sual-cavab hissəsində sahibkarların fəaliyyətlərində qarşılaşdıqları müəyyən çətinliklər haqqında bakalavrlara maraqlı gələn suallar cavablandırılıb.

Təlimə tələbələrlə yanaşı Marsol Development Center-in “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları da qatılıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!