Şimali Kipr Bahçeşehir Universitetinin rəhbər heyəti ilə görüş – 02.07.2024

İyulun 2-si 2024-2025 Marsol Group sponsorları, dövlət qurumu nümayəndələri və Şimali Kipr Bahçeşehir Universitetinin rəhbər heyətinin iştirakı ilə axşam ziyafəti baş tutub.

Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Şimali Kipr Bahçeşehir Universitetinin rektoru Mehmet Toycan, baş katibi Mustafa Toycan, universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Nuket Tanol və sahibkarlar universitet-sənaye işbirliyi çərçivəsində müzakirələr aparıblar. Natiq Həsənov və Mehmet Toycan, universitet-sənaye işbirliyinin gücləndirilməsi və gənc mütəxəssislərin yetişdirilməsinin ölkənin iqtisadi inkişafına və innovasiya potensialının artırılmasına verdiyi töhfələri vurğulayıb.

Görüşdə ”BitCode Academy”-nin təşkilatçılığı, Marsol Karyera və İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə iyulun 3-ü baş tutacaq “Süni intellekt, dijital marketinq, məzmun yaradıcılığı” mövzusunda seminarla bağlı məlumat verilib və həmin texnologiyaların biznes və təhsil, təlim proqramlarında tətbiqi, avtomatlaşdırma və proseslərin optimallaşdırılması məsələlərinə də toxunulub.

“BitCode Academy”nin sosial media mütəxəssisi Fərman Azəroğlu, eləcə də “Acunmedya Akademiya” müəllimləri Ozan Sihay, Gökhan Ulaş Gümüş, Onur Naci Öztürkler və Tasarımcı Dayının iştirakı ilə süni intellekt və dijital marketinqin müasir iş mühitində rolunun artması, seminarın məqsədləri və əhəmiyyəti barədə məlumat veriblər.