Avropa səfərimizin beşinci günündə unudulmaz bir səyahət bizi gözləyirdi. İsveçrənin Chur şəhərindən başlayaraq İtaliyanın Tirano şəhərinədək uzanan məşhur Bernina Express marşrutu ilə səfərimiz baş tutdu.
Alp dağlarının ətəyindən keçən bu unikal qatar marşrutu dünyanın ən möhtəşəm dəmir yolu yollarından biri hesab olunur və UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Səfər boyunca qarla örtülü zirvələr, dərin dərələr və füsunkar təbiət mənzərələri sanki bir tablo kimi yolboyu bizə müşayiət etdi.
Bu təcrübə həm Avropanın ən gözəl təbiət mənzərələrini kəşf etmək, həm də Marsol Group partnyorları ilə birgə fərqli və unudulmaz anlar yaşamaq baxımından səfərimizin ən yaddaqalan mərhələlərindən biri oldu.