Avqusutun 12-də “Başkent” restoranında sahibkarlarla “İşgüzar Səhər Yeməyi” baş tutub.
Görüşdə Marsol Region partnyorları da olmaqla 30-a yaxın sahibkar məqsədəuyğun olaraq B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətlərini tanıtmaq imkanı əldə edib. 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimat olub.
Həmçinin, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
