İşgüzar Səhər Yeməyi “Hellim” – 13.08.2025

Avqustun 13-ü “Hellim” restoranında Marsol Group partnyorları ilə “İşgüzar Səhər Yeməyi” baş tutub.

Görüşdə ənənəvi olaraq iştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.

Həmçinin, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.

Sonda, Marsol Group partnyoru “Hellim” restoranının direktoru Kemal Bağzıbağlı iştirakçıları restoranın fəaliyyətləri, mətbəx və iş şəraiti ilə tanış edib.