Ofis Ziyarəti “Həkim Baba” sağlamlıq mərkəzi – 29.07.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarətimiz” MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “Həkim Baba” sağlamlıq mərkəzində baş tutdu. Partnyorlarımız bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Etibar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Belə ki, Etibar bəy xalq təbabətini müasir avadanlıqlarla, tam gigiyenik, birdəfəlik alətlərlə, kliniki şəraitdə xalqımıza təqdim edən ilk mərkəzlərdən biri olduqlarını qeyd etdi. Həmçinin mərkəzdə hicama, zəli, bitkilərlə müalicə, massaj, manual terapiya, fizioterapiya həkim və mütəxəssislərin nəzarətində tam sterilizə şəraitində həyata keçirilir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Elkha homes
Panda school
Panton
Mobile
Ecolife
Delta Tech
AE service
Qanun mühasibatlıq
Sharaf media