Ofis Ziyarəti “ABV- Araznet”– 28.07.2022

Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “ABV- Araznet” şirkətində baş tutdu. Ənənəvi olaraq “Ofis Ziyarətində” iştirak edən sahibkarlar bir-birləri ilə tanış olublar.

“Araznet” şirkətinin rəhbəri Surxay bəy şirkət haqqında ətraflı məlumat verib. Beləki, şirkətin istehsalında son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Avropa və Asiya şirkətlərinin məhsullarını təqdim etdiyini qeyd edib. Həmçinin məhsul assortimenti arasında kamera və videoregistrator, boy və sadə turniket, şəbəkə avadanlıqları, siqnalizasiya, səs sistemləri, metal detektor, hasar və müxtəlif qapılar və s. mövcuddur.

Sonda isə Surxay bəy partnyorlarımızla birgə ofisi gəzərək, məhsullardan hazırlanmış hədiyyələri təqdim edib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ecostep
Difa consulting
Ak piping
Almet
Zərif interier
Shane English school
Kapital Bank
FFF+N
Baykon İnşaat