Ofis Ziyarəti “Almet Trading Baku” – 16.02.2022

Bu gün MARSOL partnyorlarımızla birlikdə armatur və müxtəlif dəmir məmulatları idxalı və satışı ilə məşğul olan “Almet Trading Baku” şirkətinin qonağı olduq. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib. Şirkətin direktor müavini Ruslan bəy bizə şirkət haqqında ətraflı məlumat verdi. Belə ki, Ruslan bəy qeyd etdi ki, “Almet Trading Baku” QSC gənc şirkət olmasına baxmayaraq, komandamız bu biznesdə uzun illik təcrübəyə sahibdir və tikinti bazarında öz sözünü demiş bir şirkətdir. Şirkət əsasən Rusiya və Gürcüstan kimi ölkələrdən dəmir məmulatları idxal edir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Vien Group
Caspian Clima
Rasmar
Mibella
Stv enginering
BMY